Ombudsman: “Əlilliyi müəyyən edilmiş şəxslər cəmiyyətin ayrılmaz tərkib hissəsidir”
“Bu konqresin keçirilməsi olduqca əhəmiyyətlidir. Əlilliyi müəyyən edilmiş şəxslər cəmiyyətin ayrılmaz tərkib hissəsidir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevə Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.
O bildirib ki, həmin kateqoriyalardan olanlar üçün bərabər imkanların yaradılması hər bir dövlətin inkişaf göstəricilərindəndir.
“Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə yeni realibitasiya mərkəzlərinin yaradılması artıq davamlı xarakter alıb”, – Ombudsman əlavə edib.
O xatırladıb ki, dünya əhalisinin təxminən bir faizi auitizmdən əziyyət çəkir:
“Biz əlilliyi olan uşaqların, o cümlədən autizmli uşaqların cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilməsini təmin etməliyik”.
Ombudsman bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanların və ailə üzvlərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına hər kəs töhfə verməlidir:
“Bu çağırışıma dəstək verən hər kəsə təşəkkür edirəm”.