ABŞ-ın Vaşinqton şəhərinin meri Azərbaycan qadınları ilə bağlı qətnamə qəbul edib
ABŞ-ın Vaşinqton şəhərinin meri Myuriel Bauzer 27-31 mart 2023-cü il tarixlərini paytaxtda “Azərbaycanın Kənd Qadınlarının Səlahiyyət həftəsi” elan edib.
“Turanın səsi ” in xəbərinə görə , şəhər meri bununla bağlı qətnamə imzalayıb.
Xanım mer qətnamədə qeyd edib ki, Vaşinqton şəhəri dünyada 50 milyon nəfərdən çox diaspor üzvü olan Azərbaycan icmasının yaşadığı ilk 10 yaşayış məntəqəsi sırasındadır və şəhər meriyası Azərbaycan qadınlarına dünyanın bir çox ölkərindəki qadınlar kimi haqlarına bərabər çıxış əldə etməkdə kömək etməyə sadiqdirlər.
Sənəddə qeyd olunur ki, kənd qadınlarının səlahiyyətlərinin artırılması gender əsaslı bərabərsizliyə, kənd yoxsulluğuna və kənd və şəhər arasındakı qlobal artım fərqinə qarşı mübarizədə mühüm faktordur.
M.Bauzer onu da qeyd edib ki, martın 27-də Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ev sahibliyi və “Azərxalça”nın təşkilatçılığı ilə Azərbaycanın kənd qadınlarının əl işi olan toxunmuş xalçaların sərgisi keçiriləcək.