DİN-in mətbuat xidmətindən verilən məlumatlar (10.03.2023)
Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elburus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987–ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
DİN-in mətbuat xidmətindən verilən məlumata görə,
Martın 9-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
***
Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
***
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
***
Polis əməkdaşlarının martın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
***
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3,6 kiloqramdan artıq heroin, 4,6 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
***
Oğurluq
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə martın 4-də rayon ərazisindəki mağazaların birindən 1195 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə də axtarışda olan paytaxt sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Yasamal rayonu ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlaması da məlum olub.
***
Oğurluq
Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11.200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI