ABŞ və Finlandiya prezidentləri Ukraynaya dəstək məsələsini müzakirə ediblər
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230310_013802.jpg)
Martın 9-da Finlandiya Prezidenti Sauli Niiniste və amerikalı həmkarı Cozef Bayden Ukraynaya dəstək məsələsini müzakirə ediblər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə skandinaviyalı siyasətçi tviterdə bildirib.
“Bu gün Ağ evdə Prezident Baydenlə yaxşı və vacib söhbətimiz olub”, – tvitdə qeyd olunub.
S. Niiniste amerikalı dövlət başçısını liderliyinə və NATO-ya üzvlük prosesində Finlandiyaya güclü dəstəyinə görə təşəkkür edib.
“Biz həmçinin Ukraynaya dəstəyimizi müzakirə etdik”, – Finlandiyanın Prezidenti vurğulayıb.