Türkiyənin Adıyaman şəhərində zəlzələ olub

Türkiyənin Adıyaman şəhərinin Sincik rayonunda 4,5 maqnitudalı zəlzələ olub.

Turanın səsi ”  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 9,6 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 22:55-də qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir