Ombudsman: “Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”
“Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir: “Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI