Avropa Parlamentinin sədri Ukraynada səfərdədir
Avropa Parlamentinin sədri Roberta Metsolanın Ukraynanın paytaxtı Kiyev şəhərinə səfəri başlayıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə qadın diplomat tviter səhifəsində yazıb.
“Ukraynaya qayıtmaq çox xoşdur. Dəyərlərimiz üçün hər şeyi qurban verənlərlə birlikdə olmaq yaxşıdır. Evi Avropa Birliyi olan avropalılarla”- deyə, o bildirib.
Qeyd edək ki, avropalı siyasətçilər ənənəvi olaraq Kiyevə səfərlərini təhlükəsizlik baxımından əvvəlcədən elan etmirlər.