Ərdoğan: “Türkiyəni dünyada fəlakətlərə ən hazırlıqlı ölkə etməkdə qərarlıyıq”
“Biz Türkiyəni dünyada fəlakətlərə ən hazırlıqlı ölkə etməkdə qərarlıyıq”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib ki, ölkədə Fəlakətlərin İdarə Edilməsi Şurası yaradılacaq.
“Tariximizin insan itkisi və dağıntılar baxımından ən ağırı sayılan 6 fevral zəlzələlərini fəlakətlərdə yeni mərhələnin başlanğıcı edəcəyik. Bundan sonra daha tez və praktiki fəaliyyət göstərəcəyimizə şübhə yoxdur. Biz fəlakətləri yaxından izləyəcəyik və tədqiqatlarda birbaşa iştirak edəcəyik”, – Ərdoğan qeyd edib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI