Elşad Hacıyev: “Bəzi qüvvələr hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışırlar”

0

“Bəzi qüvvələr hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışırlar”.

Turanın səsi ” Qərb bürosunun məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Baş Prokurorluğun Bərdədə “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı keçirdiyi konfransda çıxışı zamanı deyib.

“Ölkədə baş vermiş hər bir cinayətin araşdırmasında hüquq-mühafizə orqanlarının hər bir əməkdaşı, prokuroru, polisi, müstəntiqi və digərləri öz vəzifəsini tam yerinə yetirir. Bəzi qüvvələr isə yalan məlumatlar yayaraq, Azərbaycanda hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışır. Lakin biz vətəndaş qəbullarında da şahid oluruq ki, hüquq-mühafizə orqanlarından insanlar tam razıdırlar”, – DİN rəsmisi vurğulayıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir