Rusiya və Ermənistan XİN başçıları görüşüb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
“Turanın səsi ” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.
O bildirib ki, S.Lavrov Moskva və İrəvan arasında danışıqların istiqamətini müəyyənləşdirib.
“Sergey Lavrov Mirzoyanı qəbul edib və danışıqların istiqamətini müəyyənləşdirib”, – M.Zaxarova sosial şəbəkə hesabında yazıb.
Lakin XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.