Türkiyə sığortaçıları zəlzələ ilə bağlı 1 milyard dollardan çox ödəniş edəcək

Türkiyənin sığorta şirkətləri ölkənin 11 vilayətində zəlzələdən zərər çəkmiş şəxslərə təxminən 20 milyard lirə və yaxud 1,1 milyard ABŞ dolları ödəniş edəcək.

Turanın səsi ” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Sığorta Dərnəyinin (TSB) sədri Atilla Benli bildirib.

Onun sözlərinə görə, zəlzələ zonasındakı daşınmaz əmlakların orta hesabla 49 %-i sığortalıdır. Bu baxından ən yüksək göstərici Diyarbəkirdə, ən aşağı göstərici isə Hataydadır.

“Zəlzələ baş verən ərazidə mənzil sığortası nisbəti 21 %, kasko sığortası nisbəti isə 17 %-dir. Təkcə avtomobillərin könüllü sığortası üçün təxminən 1 milyard lirə ödəyəcəyimizi təxmin edirik. Kahramanmaraşda zəlzələdən sonra sığortaya maraq 3-4 dəfə artıb” – deyə sığorta rəsmisi qeyd edib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir