Ukrayna Rusiya, Belarus və MDB ilə sərhəd əməkdaşlığına dair sazişlərdən çıxıb
Ukrayna tərəfi Rusiya, Belarus və MDB çərçivəsində sərhəd əməkdaşlığına dair üç sazişdən çıxıb.
“turanın səsi ” in məlumatına görə, bunu Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib.
Melniçuk vurğulayıb ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2011-ci ildə Donetskdə bağlanmış Ukrayna-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş ləğv edilib.
O əlavə edib ki, Ukrayna-Belarus dövlət sərhədindəki buraxılış məntəqələrində birgə nəzarətin təşkili haqqında 1995-ci il dekabrın 14-də Kiyevdə bağlanmış hükumətlərarası Saziş də ləğv edilib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI