Adıyamanda 5 maqnitudalı zəlzələ olub
Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 8,51 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 06:51-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI