Çin-Qırğızıstan sərhədində güclü zəlzələ olub

Çin-Qırğızıstan sərhəd bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

“Zəlzələnin episentri Almatı şəhərindən 278 kilometr cənub-şərqdə Qırğızıstan və Çin sərhədində yerləşir. Zəlzələnin enerji sinfi 12,1-dir”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, Bakı vaxtı ilə 03:58 baş verən zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Seysmoloqların verilənlərinə  görə, Bakı vaxtı ilə saat 01:42-də eyni bölgədə 5,9 maqnitudalı yeraltı təkanlar olmuşdu. Təbiət hadisəsi Almatıda 2 bal gücündə hiss olunduğu nəql edilib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir