Ukraynanın Baş naziri Zelenskinin niyə kostyum geyinmədiyinin səbəbini açıqlayıb


Ukraynanın Baş naziri Denis Şmıqal Prezident Volodimir Zelenski və nazirlərin niyə həmişə yaşıl köynək və ya kamuflyaj geyinməsinin səbəbini açıqlayıb.

Turanın səsi ”  xəbər verir ki, o, bu barədə “German Focus” nəşrinə müsahibəsində deyib.

Hökumət başçısı bildirib ki, onlar müharibə başa çatanadək belə geyinəcəklər: “Bu, bizim döyüş əzmimizi nümayiş etdirir. İndi kostyum geyinmək, qalstuk taxmaq mümkün deyil”.

Qeyd edək ki, ötən il fevralın 24-də Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan Ukrayna rəsmiləri kostyum yox, kamuflyaj formaları geyinirlər.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir