Zəngilan polisi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla andı
Xocalı soyqırımının 31-ci ildönümünü Abşeron rayonu Masazır qəsəbəsi , Zəngilan şəhərciyində yerləşən Zəngilan polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini , polis polkovnik – leytenantı Cavadov Araz müəllimin təşkilatçılığı ilə şöbənin polis əməkdaşları Xocalı faciəsinin qurbanlarını və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
“Turanın səsi “ xəbər verir ki , Sükut mərasimi işğaldan azad olunan Zəngilan rayonunda xidməti vəzifəsini icra edən polis polkovniki Bəkir Cabbarovun rəhbərliyi ilə şöbənin polis əməkdaşları tərəfindən də baş tutmuşdur .
Allah şəhidlərimizə rəhmət eləsin !
⤵️
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI