Ötən gün 21 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

0


Polis əməkdaşlarının fevralın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə “turanın səsi ” nə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqramdan artıq heroin, 18 kiloqramdan çox marixuana, həmçinin 222 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir