Niderlandda AŞPA Daimi Komitəsinin iclası keçiriləcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov fevralın 27-dən martın 4-dək Niderlandın Haaqa şəhərində səfərdə olacaq.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri əvvəlcə Azərbaycanın Niderland Krallığındakı Səfirliyi tərəfindən təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edəcək, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparacaq.
Sonra isə Səməd Seyidov burada keçiriləcək AŞPA Daimi Komitəsinin iclasında iştirak edəcək.
İclasda Avropa Şurasının gələcəyi, Sığınacaq və beynəlxalq müdafiə kontekstində Avropa həmrəyliyi, Mədəniyyətlərarası dialoq, Milli sərhədlər boyunca onlayn təhsil və tədqiqatların təşviqi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul olunacaq.
Səməd Seyidov müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, onlara münasibətini bildirəcəkdir.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI