ABŞ Prezidenti Ukraynaya “F-16”ların verilməsini istisna edib

ABŞ Prezidenti Cozef Bayden yenidən “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsini istisna edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə dövlət başçısı yerli “ABC” telekanalına müsahibəsində deyib.

Onun fikrincə, hazırda bunlar Kiyevə lazım deyil.

Müsahibədə Cozef Baydendən Ukrayna Prezidenti Volodimir Zelenskinin “F-16”lara ehtiyacı olub-olmadığı soruşulub. Amerika liderinin isə cavabı müsbət olmayıb: “Xeyr, onun hazırda “F-16”lara ehtiyacı yoxdur”.

Jurnalist bunun Kiyevin heç vaxt qırıcı təyyarələr almayacağı anlamına gəlib-gəlmədiyini aydınlaşdırıb. Prezident qeyd edib ki, Ukrayna tərəfinin gələcəkdə nəyə ehtiyacı ola biləcəyini dəqiq bilmək mümkün deyil, lakin indi ABŞ hərbçiləri bunun üçün heç bir səbəb görmürlər: “Hazırda mən bunu istisna edirəm”.

Ölkə başçısı həmçinin qeyd edib ki, Vaşinqton müharibənin indiki mərhələsində başqa dəstəyi daha yüksək prioritet sayır. Lazım olan silahlar arasında o, tankların, artilleriyanın, hava hücumundan müdafiə sistemlərinin adını çəkib.

“İndi ehtiyac duyduğu şeylər var ki, biz onu bu yaz, yay və payızda irəliləyişə nail olması üçün göndəririk”, – Cozef Bayden bildirib.

Xatırladaq ki, fevralın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarından Kiyevə müasir qırıcı təyyarələrin tədarükünü istəyib. ABŞ, Almaniya, Polşa və Belçika açıq şəkildə çatdırmaqdan imtina ediblər. Böyük Britaniya təyyarələri yalnız Rusiya ilə savaşdan sonra təhvil verməyə hazırdır. Fransa Prezidenti Emmanuel Makron isə müəyyən şərtlər altında tədarükü istisna etməyib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir