Rusiyanın bir sıra şəhərlərində Ukraynaya dəstək aksiyaları keçirilir


Rusiyanın bir sıra şəhərlərində Ukraynaya dəstək aksiyaları keçirilir.

Turanın səsi ” xəbər verir ki, məlumatı BBC yayıb.

Bildirilib ki, Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən aksiya iştirakçıları Ukraynanın dağıdılan şəhərlərinin fotolarını və müharibə əleyhinə tabloları nümayiş etdirirlər.

Bundan əlavə, Tomsk şəhərində Ukrayna ilə həmrəylik tədbiri həyata keçirilib. Yerli hakimiyyət şəhər sakinlərinin etiraz aksiyası keçirəcəyini əvvəlcədən bildiyindən ərazilərə əlavə polis qüvvələri cəlb edib.

Məlumata görə, Xabarovskda müharibənin ildönümündə keçirilən piketə çıxan fəallardan biri saxlanılıb. Bundan başqa Vladivostokda “Döyüşməyin!” şüarı yazılan plakatı əlində tutmuş aksiya iştirakçısı tutulub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb. Bu gün iki ölkə arasındakı müharibənin başlamasından bir il ötür.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir