Nuland: “ABŞ Rusiya ilə münaqişə axtarmır”

“ABŞ Rusiya ilə münaqişə axtarmır, Vaşinqton yalnız Moskvanın Ukraynanı tərk etməsinə nail olmaq istəyir”.

turanın səsi ” xəbər verir ki, bu sözləri “TASS”a müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

“Mənim prezidentim (ABŞ prezidenti Cozef Bayden – Red) çox aydın şəkildə fikrini bildirib: Biz Rusiya ilə münaqişə axtarmırıq. Biz Rusiyanın Ukraynanı tərk etməsini istəyirik”, – Nuland deyib.

Bundan əvvəl Cozef Bayden Varşavaya səfərində çıxışı zamanı bildirib ki, ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmırlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir