Avstraliya Rusiyanın 90 vətəndaşına və 40 təşkilatına qarşı sanksiya tətbiq edəcək

Avstraliya hökuməti Rusiyanın 90 vətəndaşına və 40 təşkilatına qarşı sanksiya tətbiq edəcək..

Turanın səsi ”  xəbər verir ki, bu barədə ölkənin baş nazir Entoni Albanesenin bəyanatında deyilir.

“Avstraliya hökuməti Ukraynaya əlavə hərbi yardım və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini elan edir. Biz Ukrayna hərbçilərini döyüş meydanında kəşfiyyata imkan verəcək pilotsuz uçuş aparatları ilə təmin edəcəyik, Rusiyanın 90 vətəndaşına və 40 təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyik”- bəyanatda vurğulanır.

Baş nazir bildirib ki, sanksiyalar siyahısında Rusiyanın bir neçə nazirləri, habelə ölkə üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən təşkilatlar yer alacaq.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir