Sunak: “Ukrayna NATO üzvü olacaq”

Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və Britaniya artıq bu ölkənin Alyansla yaxınlaşması üzərində işləyir.

Turanın səsi ” in “Suspilne”yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Sunak vurğulayıb ki, Britaniya Ukrayna ordusunun NATO standartlarına cavab verməsi üçün əlindən gələni edir.

“NATO-nun baş katibi ilə Ukraynanın Alyansa üzv olacağı fikrində razıyam. Biz əmin olmalıyıq ki, Ukraynanı təkcə tezliklə deyil, həm də uzunmüddətli perspektivdə dəstəkləməyə davam etmək planı var.

NATO üzvü olmaq, standartlara cavab verən daha çox texnika olmalıdır. Həmçinin müxtəlif ölkələrin bütün qüvvələrinin uyğunluğu (olmalıdır – red)”, – Sunak bildirib.

O qeyd edib ki, bunun üçün Britaniya ukraynalı pilotları NATO standartlarına uyğun hazırlayır.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir