Volodimir Zelenski NATO sammitində iştirak etməyi planlaşdırır
Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin iyulunda Litvanın paytaxtı Vülnüsdə keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırır.
“Turanın səsi ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu dövlət başçısı bildirib.
O, belə bir niyyətinin olduğunu söyləyib.
Qeyd edək ki, sammit iyulun 11-12-də keçiriləcək. Toplantıda ABŞ Prezidenti Cozef Bayden də daxil olmaqla, NATO-nun əksər liderləri iştirak edəcək.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI