Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb

0

Azərbaycanın Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter hesabında paylaşım edib.

Qeyd olunub ki, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 6 872 çadır, 4 səhra mətbəxi, 899 generator, 239 819 zəruri ləvazimatlar və məhsullar, 318 272 isti geyim, 12 790 ədəd qızdırıcı və texniki avadanlıq, 183 ədəd konteyner tipli mobil evlər, 1 412 594 ədəd dərman və tibb ləvazimatlar göndərilib.

Bundan başqa, Azərbaycan qardaş ölkəyə kömək üçün 24 900 000 AZN maddi yardım ayırıb.

Eyni zamanda, təcili tibbi yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib.

Humanitar yardım Türkiyəyə 15 təyyarə, 25 qatar vaqonu və 395 yük avtomobili vasitəsilə çatdırılıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir