Milli Məclisin deputatı Bosniya və Herseqovinada Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlərə qatılacaq
Milli Məclisin deputatı Müşfiq Cəfərov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Səfər çərçivəsində fevralın 23-də keçiriləcək beynəlxalq konfransda Bosniya və Herseqovinadan olan millət vəkilləri, dövlət rəsmiləri, diplomatik korpusun, QHT və KİV-lərin, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Beynəlxalq konfransda bir daha Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.
Beynəlxalq konfransdan sonra Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı surətdə təmir edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunacaq, abidə önünə əklil qoyularaq, faciə qurbanlarının xatirəsi yad ediləcək.
Səfər fevralın 24-də başa çatacaq.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI