Onlayn yolla aldığı narkotik vasitəni atıb qaçmaq istəyən Ucar sakini saxlanılıb
Məsuliyyətdən yayınmaq məqsədilə onlayn yolla aldığı narkotik vasitəni atıb qaçmaq istəyən Ucar rayon sakini saxlanılıb.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan Ucar rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Ağası Cavadovun saxlanılması istiqamətində əməliyyat tədbiri qurulub. Sifariş etdiyi narkotik vasitəni əldə etdikdən sonra sərnişin qismində taksilərin birinə əyləşən A.Cavadov daha sonra onların arxasınca polis əməkdaşlarının gəldiyini görüb və hərəkətdə olan nəqliyyat vasitəsinin arxa sağ şüşəsindən həmin narkotik vasitələri yolun kənarına atıb. Lakin polis əməkdaşları taksini saxlayaraq sonuncunun qaçmasının qarşısını alıblar.
Bundan sonra isə yol kənarına atılan sellofan torba həmin ərazidən götürülüb və içərisindən təmiz çəkisi 1 kiloqram 240 qram heroin aşkarlanıb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, rayon məhkəməsinin qərarı ilə A.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09