DİN-in mətbuat xidmətindən verilən məlumatalar (17.02.2023)

0

Fevralın 16-da saat 22 radələrində Yevlax rayonunda evlərin birində 2003-cü il təvəllüdlü Başxanım Salmanovanın odlu silahla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

***

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da ölkə ərazisində qeydə alınan 88, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

***

Axtarışda olduğuna görə ümumilikdə 99, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

***

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

***

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

***

Polis əməkdaşlarının fevralın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,4 kiloqramdan artıq heroin, 1,3 kiloqramdan çox marixuana, 70 qrama yaxın metamfetamin, 90 ədəd metadon həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

***


Adam öldürməyə cəhd

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.
Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.

***

Quldurluq

Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə girən şəxsin pul tələb etməsi və əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.
Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

***


Saxta əskinas

Fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.

***


Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb .

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini K.Nəsibovun bank hesabından 470 manatını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əliyar Əhmədov müəyyən olunaraq saxlanılıb.
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Amir Muradov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

***

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Zaqatala rayonunda itlərin kütləvi zəhərlənməsi ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb. Baytar həkimin iştirakı ilə itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib. Hazırda faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir