Balakəndə narkomaniyanın zərərləri ilə bağlı tədbir keçirilib
Balakən rayonunun Katex kəndindəki 2 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində şagirdlərlə növbəti görüş keçirilib. Görüşdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. O, yeniyetmə və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana maraq göstərmələrini tövsiyə edib.
Sonda mövzu ətrafında məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI