Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

0

Qonaq Avropa İttifaqının ən böyük və ən dinamik inkişaf edən ölkələrindən biri olan Polşa və Cənubi Qafqazın ən böyük ölkəsi, dünyanın strateji əhəmiyyətli coğrafi zonasında yerləşən Azərbaycan arasında müxtəlif istiqamətlər, o cümlədən logistika və nəqliyyat, energetika, tikinti, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, agrotexnologiya, tibb və əczaçılıq, IT sənayesi və s. üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsində müsbət tendensiyanın müşahidə edildiyini xatırladan Q.Pexoviak qarşılıqlı ticarətin daha da dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Azərbaycanda olduqları müddətdə müxtəlif görüşlərin keçiriləcəyinə, həmin görüşlərin də səmərəli olacağına əminliyini bildirən polşalı həmsədr martın əvvəlində Bakıda təşkil olunacaq Polşa-Azərbaycan işçi qrupunun görüşündən müsbət nəticələrin gözlənildiyini vurğulayıb.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak imzalayıblar.

Həmçinin, iclas çərçivəsində “Ələt Azad İqtisadi Zonası (AFEZ) ilə Wałbrzych xüsusi iqtisadi zonası arasında Niyyət Razılaşması” imzalanıb. Sənədi Azərbaycan tərəfindən Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşa tərəfindən Valbruh Xüsusi İqtisadi Zonasının icraçı direktoru Mariuş Tomçak imzalayıblar.

Qeyd edək ki, ölkəmizə səfəri çərçivəsində Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviakın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın iqtisadi sahə üzrə bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir