“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib

“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib.

Turanın səsi ” Anadolu”ya istinadən xəbər verir ki, bu saata olan rəqəm 101 milyard 101 milyon lirə təşkil edir.

Kampaniyaya dünyanın hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), “Ziraat Bank” (20 milyard lirə) və “VakıfBank” (12 milyard lirə) keçirib.

Qeyd edək ki, bu gün saat 20:00-da “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib.

Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir.

Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir