Siyavuş Novruzov: “Nədənsə dövlətin dotasiyaları eyni bələdiyyələrə verilir”
“Nədənsə dövlət tərəfindən bələdiyyələr üçün ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir. Bunu kim necə müəyyənləşdirirlər?! Niyə hər dəfə eyni bələdiyyə dotasiya alır?!”
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, aparılan müşahidələrə görə 10 il ardıcıl şəkildə eyni bələdiyyə böyük miqdarda dotasiya alıb:
“Lakin həmişə zəif dotasiya alanlar sonrakı illərdə dəstək ala bilmir”.
S.Novruzov əlavə edib ki, yığılan vəsaitlərin xərclənməsi ilə bağlı gələcəkdə nümunəvi sənədlər hazırlanmalıdır:
“Heç bir hesablama yoxdur. Yığılan vəsaitin vətəndaşa izahı olmalıdır”.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI