Şəhidin var Azərbaycan
Geri qayıdan torpaqlarımızın geri qayıtmayan övladları məqamınız uca olsun .
Allahdan bütün şəhid ailələrinə , Azərbaycan xalqına səbr diləyirəm .Şəhidlərimizin ruhu qarşısında baş əyir və böyük ehtiramla anıram .
İçim fəryad edir .Əslində yazacağım o qədər sözlərim varki sinəm doludur şəhid qardaşlarım. Mən utanıram ! Bir gecədə 50 igid qardaşlarımın şəhid xəbərini sübh tezdən alanda , rahat yatıb oyandığım üçün utanıram .
Müharibə bərabərdir atasız qalan uşaqlara , ərsiz qalan qadınlara , qardaşsız bacılara , oğulsuz qalan analara , atalara .Müharibənin özü deyil adı belə qorxuncdur , vahiməlidir .
Müharibə bərabərdir evindən didərgin düşmüş ailələr , günahsız qurbanlar , dağılmış yurdlar və daha nələr .
OLMASIN MÜHARİBƏ !
Rəbbim səngərdə olan bütün əsgər və zabitlərimizi qorusun .
Allah düşmənə lənət eləsin !
✍ Arzu Paşaqızı : Təsisçi və baş redaktor .