Türkiyə səhiyyə nazirinin müavini və Müdafiə Nazirliyi Tibb xidməti rəisinin müavini FHN-in mobil səhra hospitalında olublar (video, foto)
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
Bu gün Türkiyə Respublikası səhiyyə nazirinin müavini Tolqa Tolunay və Müdafiə Nazirliyi Tibb xidməti rəisinin müavini general-mayor Durmuş Aydemir FHN-in mobil səhra hospitalında olub, burada yaradılmış şəraitlə, həmçinin hospitalda müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıblar.
T.Tolunay və D.Aydemir hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09