Cənubi Koreya deputatları zəlzələdən zərərçəkənlərə maaşlarının üçdə birini bağışlayır

Cənubi Koreya parlamentinin deputatları aylıq əməkhaqlarının üçdə birini Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə bağışlanmasına dair qərar qəbul edib.

Turanın səsi ”  xəbər verir ki, məlumatı “Yonhap” xəbər agentliyi yayıb.

Bildirilib ki, qərarın lehinə 229 deputatdan 228-i səs verib.

Xatırladaq ki, Cənubi Koreya Prezident Yun Sok Yol fevralın 13-də Kahramanmaraş mərkəzli zəlzələlərlə əlaqədar bütün mövcud resursları səfərbər etməklə bağlı göstəriş verb. Seul administrasiyası fevralın 16-da hərbi təyyarə ilə 150 ​​çadır və 2200 adyal, həmçinin əlavə dəstək qrupu göndərəcək. Bundan başqa bu həftə göndərdikləri 29 tibbi personal daxil olmaqla ümumilikdə 372 səhiyyə işçisinin Türkiyəyə göndəriləcəyi bildirilib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir