Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçüngörüşlər təşkil olunub.

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı paytaxtın Nəsimi, Xətai, Sabunçu , Yasamal və Pirallahı rayonlarında görüşlər təşkil olunub.

Görüşlərdə uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər müzakirə olunub, qarşıda duran məsələlərlə bağlı dinləmələr keçirilib.

Görüşdə polis idarə və şöbəsinin əməkdaşları, müvafiq dövlət qurumlarının nümayəndələri, məktəb direktorları və sığıncaq rəhbərləri iştirak ediblər, qarşılıqlı maraq doğuran məsələrlə bağlı fikir mübadiləsi aparılıblar.

Tədbirlər davam etdirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir