Rusiya qırıcıları və kəşfiyyat təyyarəsi Polşa hava məkanını pozub

Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35” qırıcısı Polşa səmasında Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrupun qarşısını alıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Naməlum təyyarələr Rusiyanın Kaliniqrad regionu tərəfindən Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşıb”, – Niderland Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, iki “Su-27” qırıcısı və bir “İl-20M” elektron kəşfiyyat təyyarəsi ölkənin hava məkanını pozub. Niderlandın 2 “F-35”i Rusiya təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından çıxarıb.

Niderland Müdafiə Nazirliyi ölkəyə məxsus 8 ədəd “F-35” qırıcısının müvəqqəti olaraq Polşada olduğunu vurğulayıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir