NATO-nun müdafiə nazirləri Ukraynaya təyyarələrin tədarükü məsələsini müzakirə edəcəklər


NATO-ya üzv ölkələrin müdafiə nazirləri fevralın 14-15-də Belçikanın paytaxtı Brüsseldə planlaşdırılan iclasda Ukraynaya gələcək hərbi təchizat, o cümlədən hərbi təyyarələrin verilməsi imkanlarını müzakirə edəcəklər.

Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, nazirlərin ümumi iclası başlamazdan öncə ABŞ-nin müdafiə naziri Lloyd Ostin və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Vaşinqton və onun müttəfiqləri tərəfindən yaradılan Ukraynaya yardım üzrə təmas qrupunun ayrıca iclasını keçirəcək.

Tədbirdə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da iştirak edəcək.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir