ABŞ hərbçiləri Huron gölü üzərindəki obyekti vurublar

ABŞ hərbçiləri Huron gölü üzərindəki obyekti vurublar

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cek Berqman bildirib ki, ABŞ Silahlı Qüvvələri Huron gölü üzərində aşkar edilən obyekti vurublar.

Turanın səsi ” xəbər verir ki, o, bu barədə öz tviter səhifəsində məlumat verib.

“ABŞ ordusu Huron gölü üzərində daha bir obyekti sıradan çıxarıb. Qətiyyətli hərəkətə görə pilotlarımıza təşəkkür edirəm” – deyə Berqman yazıb.

O, Pentaqonla mütəmadi olaraq əlaqə saxladığını vurğulayıb.

Qeyd edək ki, 11 fevral tarixində ABŞ Silahlı Qüvvələri ölkənin Alyaska ştatı yaxınlığında hava şarı vurublar. Uçan aparatın hansı ölkəyə məxsus olması hələlik məlum deyil.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir