Litva Ukraynaya zenit silahları göndərib

Litvanın Ukraynaya verəcəyi və İsveçin “Bofors” konserninin istehsalı olan “L-70” zenit silahları təyinat istiqaməti üzrə göndərilib.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə Litvanın LRT radiosu məlumat yayıb.

Məlumata görə, silahlar Radviliskis rayonunda yük maşınlarının platformalarına yerləşdirilərək yola salınıb.

Kiyevdə səfərdə olan Litvanın müdafiə naziri Arvidas Anuşauskas qeyd edib ki, Vilnüs Kiyevə 36 zenit sistemi verir.

Litvalı təlimatçılar Ukrayna hərbçiləri üçün bu silahların döyüş meydanında istifadəsi və saxlanması üzrə kurslar da keçiblər.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir