Türkiyədə dörd azərbaycanlının yeri müəyyən edilib, səhhətləri normaldır
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının – Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, səfirlik əməkdaşları sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI