​Təcili tibbi yardım maşınları nəyə görə gecikir?

0

Pandemiya zamanlarında koronavirusa sürətli yoluxma, xəstəxanalarda xəstə sayının artması kimi hallar olduğuna görə, təcili tibbi yardım maşınları gecikirdi. Hazırda isə belə bir durum yoxdur. Yəni ölkəmizdə koronavirusla bağlı vəziyyət nəzarət altındadır.

BEY.AZ-ın qaynar xəttinə daxil olan şikayətlərdə isə qeyd edilir ki, təcili yardım maşınları çağırışdan saatlar sonra gəlir. Vəziyyəti ağır olan xəstə üçün yardım çağırılsa belə, tibb yardım gecikir. Bu hal həm Bakıda, həm şəhərətrafı ərazilərdə baş verir.

Sorğumuza cavab olaraq TƏBİB-dən bildirildi ki, son zamanlar vətəndaşların təcili tibbi yardıma əssasız müraciətlərinin sayı artıb. Bu da gecikmələrə səbəb olur:

“TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-dən çox müraciət daxil olur. Gündəlik çağırışa yollanan briqadalardan əlavə gün ərzində tədbirlərə, çimərliklərə də briqadalar cəlb olunur. Çağırışlar çeşidlənərək optimallaşdırılır və ardıcılıqla icra olunur.

Qaydalara əsasən, təcili yardım 15-20 dəqiqə ərzində, təxirəsalınmaz çağırışlar isə 1 saat ərzində ünvana çatmalıdır. Son zamanlar vətəndaşların əsassız müraciətləri üstünlük təşkil edir.

Bildiririk ki, infarkt, qəza, zəhərlənmə, huşun itirilməsi, hündürlükdən yıxılma, xəsarət zamanı qanaxma, qıcolma, beyin qanaması və s. kimi hallar təcili hal kimi icra olunur. Tövsiyə olunur ki, vətəndaşlar təcili olmayan hallar üzrə poliklinikalara və sahə həkimlərinə müraciət etsinlər”.

Məlumatda həmçinin qeyd edilib ki, qısa müddətdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobil parkının genişləndirilməsi, eləcə də briqadalarının sayının artırılması nəzərdə tutulur.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Google News Abone ol

Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir