İsrail İrana xəbərdarlıq edib

İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat göndərsə İsrail buna çox sərt cavab verəcək.

Turanın səsi ” “İranİnternational”a istinadən xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələri bildirib.

Qeyd olunub ki, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüt etmədən həmin karvana hücum edəcək.

Bildirilib ki, İranın Bəşşar Əsəd rejimi və Livandakı “Hizbullah”a vəziyyətdən istifadə edərək hərbi texnika və silah-sursat göndərməyi planlaşdırdığına dair məlumatlar var.

İsrail mənbələrinin informasiyasına görə, İran Suriyaya humanitar yardım adı altında artıq bir neçə yük təyyarəsi göndərib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir