FHN Türkiyəyə növbəti humanitar yardım barədə məlumat yayıb

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

Bu barədə ” turanın səsi ” nə FHN-dən bildirilib.

Belə ki, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir.

Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Qeyd edək ki, ölkə başçısının tapşırığına uyğun olaraq, FHN-in daha bir mobil səhra hospitalı və digər vasitələrdən ibarət humanitar yardımları növbəti təyyarələrlə qardaş ölkəyə yola salınacaq.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir