ABŞ Çin meteozondunun ərazisindən uçuşu ilə bağlı sanksiya tətbiq edə bilər

ABŞ Çinin meteoroloji tədqiqat aparatının (meteozondunun) Birləşmiş Ştatların ərazisi üzərindən uçuşu ilə əlaqədar Çin Xalq Azadlıq Ordusu (ÇXAO) ilə əlaqəli təşkilatlara qarşı sanksiyalar tətbiq edə bilər.

turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Birləşmiş Ştatlar ABŞ hava məkanına meteozondunun daxil olmasına şərait yaradan ÇXAO ilə bağlı təşkilatlara qarşı sanksiya tədbirlərinin görülməsini nəzərdən keçirəcək”, – diplomat söyləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir