Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Surət Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI