Milli Məclisin sədr müavini  Adil Əliyev növbəti dəfə vətəndaşların qəbulunu  keçirib

0

Fevralın 8-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə Milli Məclisdə şəhid ailələrini, qaziləri və müraciət edən digər vətəndaşları qəbul edib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlər dinlənilib, bəzilərinin yerindəcə həll edilməsinə nail olunub. Həmçinin sosial, humanitar, təhsil və məişət məsələlərinin həlli ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması üçün müvafiq göstərişlər verilib.  

Qəbul zamanı vitse-spiker bildirib ki, vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən lazımi addımlar atılır, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşlar mütəmadi qəbul edilir, onların müraciətləri dinlənilərək müfaviq tədbirlər görülür. 

Milli Məclisin sədr müavini diqqətə çatdırıb ki, ünvanına daxil olan bütün şifahi və yazılı müraciətlər geniş şəkildə təhlil edilərək, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılır.

⤵️

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir