Ərdoğan zəlzələ bölgəsinə gedib, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətində səfərdədir. 

Turanın səsi ”  xəbər verir ki, dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərə baş çəkib. 

R.T.Ərdoğan axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub. 

Dövlət başçısına son vəziyyət barədə məlumat verilib. 

13:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə çatıb.

Turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı ərazidəki mövcud durumla tanış olacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir