Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir gəncin meyitini çıxarıb
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir gəncin meyitini çıxarıb.
“Turanın səsi ” in xəbərinə görə, FHN-in xilasediciləri şəhərin Heydər Əliyev prospektindəki 7 mərtəbəli binanın dağıntıları altında aşkarlanan 15 yaşlı oğlanın meyitini aidiyyəti üzrə təhvil verib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Qeyd edək ki, Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 48 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI