Azərbaycan vətəndaşları Bakıdakı Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anır
Azərbaycan vətəndaşları Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş ölkə ilə həmrəylik nümayiş etdirmək və zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə hörmət məqsədilə qardaş ölkənin Bakıdakı səfirliyinin qarşısına gül dəstələri düzüblər.
“Turanın səsi ” xəbər verir ki, insanlar hazırda səfirlik önünə gəlməyə davam edirlər.
Baş verən təbii fəlakətlə əlaqədar Türkiyədə bir həftə milli yas elan edilib. Qardaş ölkənin digər ölkələrdə olduğu kimi Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya endirilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI